• 24 Noyabr 2024 10:55

Xamenei əmr verdi: ABŞ və İsraildən belə “qisas” alacaqlar

 

İranda Kirman partlayışından sonra ali dini lider Əli Xamanei “qisas” əmri verib.

Tacxeber.com xəbər verir ki, bu barədə “Nyu-York Tayms” nəşri yazır.

Nəşrin iddiasına görə, Xamenei cavab tədbirlərinin İsrailə və ABŞ bazalarına qarşı “proksi qüvvələr” (Yəməndə husilər, Livanda Hizbullah, Suriyada silahlı dəstələr-red) hücumları ilə məhdudlaşdırılmasına göstəriş verib.

Xamanei generallarını ABŞ-la birbaşa hərbi qarşıdurmadan çəkinməyə çağırıb.

Qeyd edək ki, İranın Kirman şəhərində Qasım Süleymaninin anım mərasimi zamanı partlayış törədilib.

Tacxeber.com

Oxşar xəbərlər