• 24 Noyabr 2024 18:57

Xoşqədəm özünü marka və reytinq etalonu adlandırdı

 

“Səni axtarıram” verilişi markadır”. 

Tacxeber.com bizim.media-ya istinadla xəbər verir ki, bunu aparıcı Xoşqədəm Hidayətqızı deyib.

O, verilişində bildirib ki, onun adı artıq marka və reytinqdir.

“Mən markayam, reytinqəm. Haqqımda çıxan pis və ya yaxşı xəbərimdə milyonlarla “baxış” toplayır. İndi sərhədləri aşmışam. Artıq Türkiyədə də adım reytinqlidir.

Mənim adımı çəkərək yox, öz adınızla reytinq qazanın. Hansı yerə gedirəmsə, ayağımla reytinq, ruzi və böyük uğurlar aparıram. Niyə? Çünki bunu Allah belə istəyir. Mən kiməm ki…

Ümumiyyətlə, bəndə kimdir ki, bəndələrə kömək etsin. Allahdır yardım edən. Allaha inanacaqsınız. Baxın görün ki, neçə dəfə “Səni axtarıram” verilişinin “balalarını” yaratmışam. Amma mən və mənim aparıcılıq etdiyim “Səni axtarıram” verilişi markadır”.

Tacxeber.com

Oxşar xəbərlər