AFFA Andrey Şevçenkoya təklif göndərdi
Ötən ilin dekabrında Canni De Byazi ilə vidalaşan AFFA rəhbərliyi tanınmış şəxsi milliyə gətirmək istəyib.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov Andrey Şevçenkonu Azərbaycan yığmasında görmək niyyətinə düşüb.
Yeni baş məşqçinin müəyyənləşdirilməsi məqsədilə yaradılan İşçi Qrupunun sədri ukraynalı məşhurla əlaqə saxlanılmasını və şərtlərinin öyrənilməsini tapşırıb.
Şeva Bakıdan edilən zəngi müsbət cavablandırmayıb. Kiyev “Dinamo”su və “Milan”dakı çıxışıyla dünyaya səs salmış keçmiş hücumçu təklifi geri çevirib.