• 20 Sentyabr 2024 22:33

Deputatlara qəzəbləndi: Ya təmin edin, ya da özünüz döyüşə gedin

Ukrayna Silahlı Qüvvələrinin (AFU) Ali Baş Komandanı Valeri Zalujnı Ali Radada səfərbərlik haqqında qanunun müzakirəsi zamanı emosional çıxış edib.

Tacxeber.com xəbər verir ki,o, çıxışı zamanı səfərbərlik haqqında qanun layihəsini tənqid edərkən Ukrayna Silahlı Qüvvələrində əsgər çatışmazlığını açıqlayıb.

Zalujnı sənəddə təklif olunan bəzi normalarla “qəti şəkildə razılaşmır”. Xüsusilə, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı məhbusların və cinayətkarların orduya cəlb edilməsi qaydasına qarşı çıxıb. Eyni zamanda, o, ordunun doldurulmasının zəruriliyini qabardaraq, ukraynalı deputatları səfərbərliyi təmin etmədikləri təqdirdə döyüşə getməyə dəvət edib.

“Kimlə döyüşməliyəm? Ya dünyaya müraciət edib oradakı insanlardan soruşun, ya da səfərbərliyi təmin etməsəniz, özünüz döyüşə gedin”,- Zalujnı bildirib.

Tacxeber.com

Oxşar xəbərlər