• 20 Sentyabr 2024 18:23

Ermənistanda polislərin 40 faizi məntiq testindən kəsilib.

Ermənistanda polislərin attestasiyasında iştirak edənlərin təqribən 40 faizi “IQ” testindən keçə bilməyib.

Bu barədə Ermənistanın Daxili İşlər Nazirliyindən “Sputnik Armenia”ya məlumat verilib.

Məlumata görə, attestasiya prosesində bütünlükdə 1100 nəfər polis əməkdaşı iştirak edib, onlardan yalnız 190-ı bütün mərhələlərdən keçməyə müvəffəq olub.

Qeyd olunub ki, attestasiya fiziki və atəş hazırlığı, “IQ” testi, peşəkar səriştənin yoxlanılması və müsahibə olmaqla, 4 mərhələdən ibarətdir. (Unikal)

Tacxeber.com

Oxşar xəbərlər