ABŞ-li sahibkar, “SpaceX” və “Tesla” şirkətlərinin və “X” sosial şəbəkəsinin sahibi İlon Mask Rusiya ilə müharibə etmək cəhdini axmaq fikir adlandırıb.
“Rusiyaya soxulmağa cəhd etməyin. Bu, heç vaxt yaxşı fikir olmayıb”, – deyə o, “X” sosial şəbəkəsində 1812-ci ildə ordusu qış soyuğunun başlaması ilə qaçmağa məcbur qaldığı İmperator Napoleonun Rusiyaya hücumu haqqında olan paylaşıma zarafatyana münasibət bildirib.
Zarafatın müəllifi fransız sərkərdəsinin hücum üçün ilin ən pis vaxtını seçdiyini istehza ilə qeyd edib.