• 20 Sentyabr 2024 10:32

Şimali Koreya Rusiyaya ballistik raketlər tədarük edir – İDDİA 

ABŞ Administrasiyası Şimali Koreyanı Rusiyaya ballistik raketlər verməkdə ittiham edib.

 

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi məlumat verib.

 

Kirbi bildirib ki, Rusiya bölgədəki tərəfdaşları ilə hərbi əməkdaşlığa can atır. “Bizdə olan məlumatlar göstərir ki, Koreya Demokratik Respublikası bu yaxınlarda Rusiyaya ballistik raketlər və raket buraxılış qurğuları tədarük edib. Rusiya sözügedən raketlərdən istifadə edərək Ukrayna hərbi qüvvələrinə ziyan vurub”. (Sfera)

Tacxeber.com

Oxşar xəbərlər