• 23 Noyabr 2024 21:20

Sübut edin, vicdanınız olsun, pislik sizə qalacaq – Zeynəb Xanlarovanın dedikləri

 

“Mən namuslu ailədən çıxmışam. Heç vaxt xalqımı, millətimi, dövlətimi heç nəyə satmaram. Mən sevmişəm xalqımı. Ola bilər, o qədər açıq danışan adamam ki, xain adamlar bundan istifadə edirlər. Bir də görürsən ki, müəllimlərin pulu, ay nə bilim, uşaqpulu kəsilsin demişəm”.

Tacxeber.com xəbər verir ki, bu sözləri Xalq artisti Zeynəb Xanlarova deyib. O, illər öncə haqqında səsləndirilən ittihamlara videomüraciətlə münasibət bildirib.

“Sübut edin, görüm, nə vaxt dilə gətirmişəm. Milli Məclisdirsə, oranın arxivində belə şey yoxdur. Axı bunu deməklə 50 ildə yığdığım məhəbbəti, sevgini azalda bilməzsiniz. Pislik ancaq sizə qalar. Məni xalqdan yalnız ölüm ayıra bilər”, – o söyləyib.

Z.Xanlarovanın sözlərinə görə, “heç kimin danışmadığı vaxtda” elə sözlər deyib ki, onları təkrar etmək istəmir: “O yazarlara təəccüblənirəm. Tutaq ki, kimsə məni sevmir və adımdan nəsə qurub düzəldir. Axı o çörəyi necə yeyirsən sən, ay jurnalist?! Mənimlə danışmısan? Heç eşitmisən bu sözü ki deyirsən, ay nə bilim, uşaqpulu belə gəldi?! Düzgün deyil, bir az Allahdan qorxun. Burada qorxmursunuzsa, o biri dünyadan qorxun. Boğazınızdan yapışacaqlar ki, sən niyə iftiranı bu adama yapışdırmısan. Özü də elə edirlər ki… Uşaqpulu xalqın ən yaralı yeridir. Əksinə, müəllim istəməsəm, deyərəm ki, müəllim gör nə vəziyyətdədir, uşağını saxlamaq üçün gedib şabalıd satır?! Vicdanınız qarşısında oturun, fikirləşin ki, bu qaranı niyə yaxırıq?! Bununla bu qızı hörmətdən sala biləcəksiniz? Yox! İnanan bilir ki, mən o sözün sahibi deyiləm. Heç vaxt o sözü demərəm”.

“Məni saxlamaq istəyirdilər ki, Türkiyədə yaşayın, Zeynəb xanım, sizin heykəlinizi qurarıq. Türkiyə canımdır, sevdiyim yerdir, ancaq yuxarı məhəllədə sökülən evləri heç yerə dəyişmərəm. İstəmirəm sizin ağzınızdan belə sözlər çıxsın, mən axı sizi sevirəm”, – deyə ölkə.az videosundan sitat gətirir.

Tacxeber.com

Oxşar xəbərlər