Baydenin oğlundan Konqresə hörmətsizlik – CƏZALANDIRILACAQ
ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden Konqresə hörmətsizlikdə ittiham oluna bilər.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının müvafiq komitələri məlumat verib. Konqresmenlər qeyd ediblər ki, dekabrda Hunter Bayden tələb olunduğu kimi prezidentin impiçmenti üzrə məhkəmə prosesinə gəlməkdən imtina edib. Respublikaçıların istintaqını qanunsuz adlandırıb. Hunter Bayden təkid edib ki, ondan tələb olunduğu kimi bağlı qapılar arxasında deyil, yalnız açıq dinləmələrdə ifadə verəcək.