Hər 100 qram kakao tozunun tərkibində 8 qram üyüdülmüş tarakan ola bilər.
Tacxeber.com sağlamolun.az-a istinadən xəbər verir ki, bu sözləri Bioloji Təbabət Klinikasının həkimi, fitoterapevt Əli Zərbaliyev Səhiyyə TV- də yayımlanan “Sağlam Səhhət” proqramında deyib.
O bildirib ki, şokoladlar müxtəlif firmalarda hazırlansa da xammal olaraq kakao tozu eyni yerlərdən gəlir:
“Kakao Afrika, Amerika kimi ölkələrdə yetişdirilir. Kakao dənələri bir yerə yığıldığı zaman aralarına fərqli həşəratlar da qarışa bilir. Hətta Rusiyada normativ sənədlərdə kakao tozuna 8 faizə qədər üyüdülmüş tarakan qatmaq icazəsi var”.