Əzələ ağrılarını azaldan yağlar
Əzələ ağrıları gərgin fiziki məşğuliyyət, stress və ya yorğunluqdan qaynaqlanır. Təbii yağlar əzələ ağrılarını yüngülləşdirməkdə köməkçi ola bilər.
Nəzərinizə çatdıraq ki, hər kəsin bədən quruluşu fərqli olduğundan yağlardan istifadə etməzdən əvvəl dəridə allergiya testi etmək vacibdir.
Tacxeber.com əzələ ağrısına yaxşı təsir edəcək bəzi təbii yağlar haqqında maraqlı məlumatları oxucularının diqqətinə çatdırır:
Zeytun yağı: İltihabəleyhinə xüsusiyyəti olan zeytun yağı əzələləri rahatladır. İncə masajla tətbiq olunduqda əzələ ağrılarını yüngülləşdirir.
Lavanda yağı: Lavanda yağı rahatlaşdırıcı və sakitləşdirici təsirə malikdir. Əzələ ağrılarını yüngülləşdirmək və əzələləri boşaltmaq üçün aromaterapiyada istifadə edilən daşıyıcı yağlardan biri ilə qarışdırılaraq masaj edilə bilər. (Bu yağlara şirin badam yağı, jojoba yağı, hindqozu yağı, avokado, üzüm dənəsi yağı, incir dənəsi yağı daxildir-Red)
Nanə yağı: Nanə yağı sərinləşdirici təsirə malikdir və əzələləri rahatladır. Ancaq nanə yağını seyrəldərək, yəni su ilə qarışdıraraq istifadə etmək və göz ətrafına sürtməmək lazımdır.
Bibəriyə (rozmarin) yağı: Bibəriyə yağı qan dövranını sürətləndirir, əzələ ağrılarını yüngülləşdirir. Ancaq hamilə qadınlar və yüksək təzyiqi olanlar istifadə etməzdən əvvəl həkim ilə məsləhətləşməlidirlər.
Adi gənəgərçək (Hind yağı): Latıncadan “Eucalyptus” yağı anti-inflamatuar və ağrıkəsici xüsusiyyətlərə sahibdir. Əzələ ağrılarını yüngülləşdirmək üçün aromaterapiyada istifadə edilən yağ ilə seyrəldilərək masaj edilə bilər.
Zəncəfil yağı: Zəncəfil yağının da anti-inflamatuar, yəni iltihabəleyhinə xüsusiyyəti var və əzələ ağrılarını yüngülləşdirməkdə köməkçi ola bilər. Ancaq seyrəldilərək istifadə edilməsi əhəmiyyətlidir.
Çay ağacı yağı: Çay ağacı yağı antimikrob xüsusiyyətə malikdir. Xüsusilə infeksiya qaynaqlı əzələ ağrılarını yüngülləşdirməkdə köməkçi ola bilər.
Bu yağları aromaterapiyada istifadə edilən daşıyıcı yağ (məsələn, zeytun yağı, hindqozu yağı) ilə seyrəldərək masaj etmək və dəridə allergiya testi etmək əhəmiyyətlidir. Bundan əlavə hamilələr və ciddi sağlamlıq problemi olanlar həkimlə məsləhətləşməlidirlər.