• 24 Noyabr 2024 17:40

Sosial şəbəkələrin cinayətlərin artmasındakı ROLU – TƏHLİL

Əvvəllər yalnız peşəkar media və ya jurnalistlər kütləvi informasiyanın subyekti idisə, artıq sosial şəbəkələrin verdiyi imkanlar nəticəsində hər bir şəxs informasiya subyekti ola bilir. Ən maraqlısı da odur ki, klassik kütləvi informasiya vasitələri ilə müqayisədə indiki sosial fenomenlərin daha geniş kütləyə çıxış imkanı var. Bu da informasiya subyektlərinin sayını kəskin, hətta müqayisəolunmaz dərəcədə artırır. 

Bu mənada sosial şəbəkələri həm də unikal alət hesab etmək olar.

Çünki onlar ənənəvi mediada olduğu kimi informasiyanı müəyyən müddət sonra deyil, real vaxt və məkan rejimində ötürmə gücünə malikdirlər. Bu inqilabi dəyişiklik həm də ötürülən informasiya ilə bağlı ictimai rəyi dərhal öyrənməyi mümkün edir. Ənənəvi media vasitələri bu səbəbdən xəbərin çatdırılmasında vaxt baxımından sosial media platformalarına uduzur və izləyici kütləsini sürətlə itirir.

Bir sözlə, sosial şəbəkələr ictimai düşüncə üzərində çox böyük təsirə malikdir. Çox təəssüf ki, daha çox izləyici kütləsi olan sosial fenomenlər güclü təsir imkanına malik olduqları üçün bəzən onlar ictimai təzyiq yaradaraq qanun və etikadan kənar, cəmiyyətin sosial kodları ilə uyuşmayan hərəkətləri önə çıxara bilirlər.

Belə ki, bəzi hallarda hər hansı bir qanunsuz əməl təqdir edilir ya da adiləşdirilir. Yaxud o əməli törədən şəxslər “qəhrəman” kimi təqdim edilir. Hətta elə “influencer”lər var ki, onlar sosial şəbəkələrdəki onlayn nüfuzunu müəyyən illeqal fəaliyyətləri pərdələmək üçün də istifadə edirlər. Bunu son zamanlar Türkiyə polisinin həyata keçirdiyi əməliyyatlardan da görmək mümkündür.

Bəs, belə neqativ hallara qarşı necə mübarizə aparılmalıdır?

Suala aydınlıq gətirmək üçün Azərbaycan Vəkillər Kollegiyasının üzvü Asif Mustafayevlə həmsöhbət olduq. O, Bizim.Media-ya açıqlamasında bildirib ki, sosial fenomenlər üçün izləyici kütləsi, bəyənmə və paylaşma sayı çox önəmlidir:

“Bunlara nail olmaq üçün bəzən ən absurd, qəbul edilməz, etikadan kənar hərəkətlərə yol verilir. Çünki virtual məkan insana saxta “çəkingənlikdən, məsuliyyətdən azadolma”, “sərbəstlik” hissi aşılayır. Məhz bu saxta hisslər insanları başqalarını təhqir, şantaj, böhtan, onlar barədə saxta yaxud şəxsi həyata aid məlumatlar yaymaq kimi illeqal hərəkətləri törətməyə meyilləndirir, həvəsləndirir. Bir gün ərzində bu tip məlumatlar bütün ölkəyə yayıla bilir və zərərçəkmiş üçün ağır sosial-psixoloji problemlərlə nəticələnir”.

Asif Mustafayev bu sahədə olan digər bir problemə də toxunub:

“Virtual məkanda olan hadisələr yalnız orada qalmır, real həyata da sirayət edir. Belə ki, sosial şəbəkələrin səbəb olduğu xeyli sayda cinayətlər, ailələrin dağılması, ailədaxili şiddət kimi sosial problemlər meydana çıxır. Xüsusilə, son vaxtlar real həyatda baş verən cinayətlərin bir hissəsinin sosial şəbəkə fəaliyyətlərindən qaynaqlandığının şahidi oluruq. Qeyd edim ki, belə halların sayı günü-gündən artmaqda davam edəcək. Çünki virtual məkan hər yaş qrupundan, sosial qruplardan ibarət milyonlarla insanın fəaliyyət göstərdiyi, qanunların cüzi təsirə malik olduğu, xaotik bir yerdir. Buna görə də ciddi və adekvat hüquqi tənzimləməyə ehtiyac var”.

Vəkillər Kollegiyasının üzvü vəziyyətdən çıxış yollarından da danışıb:

“Bütün baş verənlər o mənaya gəlməməlidir ki, sosial şəbəkələr qadağan edilməli və yaxud məhdudlaşdırılmalıdır. Adekvat və elastik qanunvericiliklə bu problemlərin bir hissəsini nəzarət altına almaq mümkündür. Hazırda sosial şəbəkələr haqqında xüsusi bir qanun mövcud deyil və bu sahəyə aid münasibətlər müxtəlif qanunvericilik aktları vasitəsilə tənzimlənir.

Qeyd edim ki, məsələn Almaniya və Türkiyədə artıq sosial şəbəkələr haqqında qanunlar mövcuddur. Azərbaycanda hazırda sosial şəbəkələr sahəsində həm maddi, həm də prosessual qanunvericilik artıq yeni reallıqla ayaqlaşa bilmir. Yeni reallığa uyğun yeni qanun normaları və bu normaları daha çevik işlək vəziyyətinə gətirəcək prosessual qaydalar qəbul edilməlidir.

Məsələn, klassik formada təhqir əməlinə görə məsuliyyət üçün köhnə prosessual qaydalar artıq yeni dövrün şərtləri ilə ayaqlaşmır.

Yeni dövr daha elastik və çevik qanunvericilik tələb edir, çünki bu dövr daha sürətli, dəyişkən xarakterə malikdir.

Uyğun elastik maddi və prosessual qanunvericilik, bu qanunvericiliyin tətbiqi üçün çevik davranmaq iqtidarında olan ixtisaslaşmış hüquq-mühafizə və məhkəmə orqanlarının formalaşdırılması yeni rəqəmsallaşma dövrünün əsas hüquqi şərtlərindəndir. Əks halda bu problemlərlə mübarizədə dövlətlərin öz suverenliklərinin kiber məkanda minimuma enməsinin şahidi olacağıq”.

Uyğun elastik maddi və prosessual qanunvericilik, bu qanunvericiliyin tətbiqi üçün çevik davranmaq iqtidarında olan ixtisaslaşmış hüquq-mühafizə və məhkəmə orqanlarının formalaşdırılması yeni rəqəmsallaşma dövrünün əsas hüquqi şərtlərindəndir. Əks halda bu problemlərlə mübarizədə dövlətlərin öz suverenliklərinin kiber məkanda minimuma enməsinin şahidi olacağıq”

Tacxeber.com

Oxşar xəbərlər