“Aygün Hümmətovanın (“Bəylər” deməyin, yazmayın) həyat hekayəsi o qədər ağırdır ki, eşidənlər inanmaz bəlkə də. Elə bir serial, ya film yoxdur bənzətməyə… Ondan o qədər istifadə edib ki insanlar fiziki, mənəvi və maddi”.
Bu sözləri müğənni Nura Suri sosial media hesabında yazıb. O, Əməkdar artist Aygün Bəylər haqqında fikirlərini bölüşüb:
“İndi hamı deyir, sənətkarı itirdik. Çox az adam ona dəstək olub bu həyatda. Leyla Quliyevaya çox böyük təşəkkür düşür, ona dəstək oldu ən çətin vaxtlarda. Heydər Əliyev Fondu evinin borcunu bağladı, müalicəsini etdi. Leyla Quliyeva vasitəçi oldu bu məsələlərdə. Vaxtı ilə mahnılarını oxuduğu Kəmaləddin Heydərov dəstək olmuşdu ona (maddi). Yəni, çox az adamın adı var ona dəstək olan. Ondan istifadə edən insanların isə sayı-hesabı yoxdur. Saymaqla bitməz. Onun qanını içib həyatını bitirdi insanlar. Gözünü açandan bu dünyada insanlar ancaq əziyyət gördü. Gedəndə balasından nigaran getdi. Bir qadına bu həyat niyə bu qədər dərd verib bilmirəm. Düşündükcə, dəli oluram. Canan Aygünün əmanətidir. O dünyada heç olmasa, rahat olsun. Dövlət qurumlarından xahiş edirəm bu məsələyə ciddi yanaşsınlar. Aygünün əmanətini qorusunlar, oxutsunlar, sahib çıxsınlar. 14 yaşlı uşağı – həm də qız uşağını tək qoymasınlar”.