• 27 Noyabr 2024 16:32

Çoxmərtəbəli dayanacaqlar inşa ediləcək – Bakının Baş Planı

 

Bakının mərkəzində yeni parklanma yerləri yaradılacaq.

Tacxeber.com-ın xəbərinə görə, bu, Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planında əksini tapıb.

Qeyd olunub ki, parklanma yerlərinin sayının artırılması və şəhər inkişafına inteqrə edilməsi üçün mövcud yerüstü parklanma sahələrində yeni yeraltı və çoxmərtəbəli dayanacaqlar inşa ediləcək.

Belə ki, parklanma yerləri ilə bağlı yeni qaydaların tətbiqi yeni inşa olunan parklanma yerlərindən səmərəli istifadəni təmin edəcək.

Bundan başqa yeni inkişaf ərazilərində parklanma ilə bağlı çatışmazlığın kompensasiya edilməsini nəzərə almaqla parklanma qaydaları çərçivəsində yeni parklanma tarifləri müəyyən ediləcək.

Gələcək inkişaf – 2040-cı il

• Əlavə parklanma yerləri mövcud yerüstü avtomobil dayanacaqlarında və ödənişsiz əsaslarla fəaliyyət göstərən ərazilərdə təmin edilə bilər.

• Parklanma yerlərinə olan tələbatı ödəmək üçün Xüsusi Mühafizə Zonasının hüdudlarından kənarda, onun sərhədinin birbaşa yaxınlığında yeni parklanma yerlərinin yaradılması tələb oluna bilər.

• Yeraltı avtomobil dayanacaqlarının inşası üçün şəhərdaxili yaşıllıq sahələri də nəzərə alınmalıdır (“Qış parkı”nda olduğu kimi).

• CD kodu olan zonalarda yüksək sıxlığın olması, əhali artımı və avtomobilləşmə səviyyəsinin yüksəlməsi ilə əlaqədar yeni tikilən binalarda parklanma yerləri ilə təminat nəzərə alınmalıdır.

Tacxeber.com

Oxşar xəbərlər