• 20 Sentyabr 2024 03:48

Düşünürəm, bəlkə, onu musiqiyə nahaq gətirdim…

 

Əməkdar incəsənət xadimi Cavanşir Quliyev əməkdar artist Aygün Bəylər haqqında danışıb.

Tacxeber.com xəbər verir ki, Cavanşir Quliyev bu sözləri deyib: “Ən böyük sənətçilərimizdən birini itirdik. Aygün Bəylər bizi çox tez tərk etdi. Aygünün ilk addımlarından yanında olmuşam. Hərdən düşünürəm ki, onun xəstəliyi yaşadığı həyatdan olubsa, bəlkə, onu musiqiyə nahaq gətirdim. İnsanın başına min cür fikir gəlir. Ona da, bizə də çox heyif oldu. Onunla çox böyük layihələrimiz vardı. Bir qismini həyata keçirmişdik, bir qismini yox.

Aygün heç kimə bənzəmirdi. Daxilən çox azad adam idi, ipə-sapa yatmırdı. Ona görə də elə yaxşı oxuyurdu. Onun sənəti daxili azadlığından irəli gəlirdi. Bu da başına bəla olurdu. Bax belə bir həyat yaşadı. Heç kimə tabe olmayan, öz həyatı ilə yaşamaq istəyən, amma ətrafda ona mane olan amillərin içində həyatı keçdi. Son dəfə 10 gün əvvəl konsertində iştirak etdim. Xəstə olduğunu bilirdik. Səhnədə çox mərd dayandı. Hərdən nəzərə çarpan ağrıları var idi”.

Tacxeber.com

Oxşar xəbərlər