• 26 Noyabr 2024 16:43

Putinin ən yaxın adamı evində ölü tapıldı: Zəhərləndiyi iddia edilir

Putinin ən yaxın adamı evində ölü tapıldı: Zəhərləndiyi iddia edilir

Rusiya Prezidenti Vladimir Putini ən çox dəstəkləyən şəxslərdən olan jurnalist Zoya Konovalova keçmiş həyat yoldaşı ilə birlikdə evində ölü tapılıb.

Tacxeber.com Rusiya mətbuatına istinadən xəbər verir ki, 48 yaşlı Zoya Konovalovanın cansız cəsədi dünən Krasnodardakı evində tapılıb.

Səlahiyyətlilər Konovalovanın meyitinin yanında keçmiş əri 52 yaşlı Andrey Qubatiykanın da tapıldığını bildirib. Rusiya rəsmiləri hadisə ilə bağlı araşdırma başlatarkən, bunun şübhəli bir ölüm olduğunu və Konovalovanın zəhərlənmiş ola biləcəyini açıqlayıblar.

Səlahiyyətlilər cəsədlərin yanında “toz maddə” tapıldığını da açıqlayıb.

Rusiya İstintaq Komitəsinin sözçüsü “Cəsədlərdə görünən xəsarət aşkarlanmayıb. İlkin məlumata görə, ölümün səbəbi naməlum maddədən zəhərlənmədir” deyib.

Konovalovanın həmkarları və qohumları bu iddiaları təkzib edərək, gənc qadının həyatı boyu narkotikdən istifadə etmədiyini bildiriblər.

Səlahiyyətlilər həmçinin bildiriblər ki, Konovalova və onun keçmiş əri ən azı 24 saat sonra tapılıb.

Ötən ay Putinin sevimli qəzetlərindən olan “Komsomolskaya Pravda”nın redaktor müavini Anna Tsareva şübhəli şəraitdə öldürülüb.

Tsarevanın keçmiş rəhbəri Vladimir Sunqorkin də ötən il ürək tutmasından vəfat edib.

Tacxeber.com

Oxşar xəbərlər