Tanınmış jurnalist Dilarə Səlim yeni vəzifəyə təyin olunub.
Tacxeber.com xəbr verir ki, o, bundan sonra “Mədəniyyət” telekanalının yeni direktoru kimi fəaliyyyətini davam etdirəcək.
Qeyd: Dilarə Səlim 1990-cı ildən Azərbaycan Televiziyasında (AzTV) çalışmağa başlayıb. “Televiza”, “Kinofakt” və “Səhər” verilişlərində müəllif-aparıcı olub. 1994-cü ildə “Mir” Dövlətlərarası Teleradioşirkətinin Azərbaycan Milli Nümayəndəliyində şərhçi işləyib. 1997-ci ildə Almaniyanın Qustav Ştrezeman Universitetində televiziya jurnalisti fakültəsində kurslar keçib. 2000-ci ildə “ABA” televiziyasında “Kontra” tok-şousunun müəllifi və aparıcısı olub. 2001-ci ildə “İnternyus” televiziya şirkətinin Azərbaycan təmsilçiliyində prodüser və aparıcı olaraq “Media və Mən” verilişini hazırlayıb. 2007-ci ildən AzTV-də “Səhər” proqramında müəllif və aparıcı, “Xəbərlər”də isə aparıcı kimi işləyib. “Səadət” qadın proqramının müəllif və aparıcısı olub. 2018-ci ildən AzTV-nin “Mədəniyyət xəbərləri”nin baş redaktoru, “Görüş yeri” verilişinin müəllif və aparıcısı olub. O, 2020-ci ildən “AzTV Xəbər”in aparıcısıdır.