• 01 Noyabr 2024 08:28

Məhkəmə Tofiq Yaqublunu həbsdə saxlayıb

Müxalif siyasətçi Cinayət Məcəlləsinin 4 maddəsi üzrə ittiham olunur

 

Yanvarın 9-da Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb.

 

Abzas Media-nın məlumatına görə, Nərimanov Rayon Məhkəməsində hakim Gültəkin Əsədovanın sədrliyilə keçirilən prosesdə vəsatət təmin olunmayıb.

 

Tofiq Yaqublunu ötən il dekabrın 14-də Bakının Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları saxlayıblar. Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə), 320.1-ci (hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) və 320.2-ci (320.1-ci maddədə göstərilmiş saxta sənədlərdən bilə-bilə istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb.

 

Dekabrın 15-də Nərimanov Rayon Məhkəməsində onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Tofiq Yaqublu ittihamları rədd edib və həbsinin dövlət rəsmilərinə qarşı tənqidi mövqeyinə görə siyasi sifarişlə olduğunu bildirib.

 

Siyasətçi bundan əvvəl də dəfələrlə inzibati qaydada və müxtəlif cinayət işləri çərçivəsində həbs edilib. Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları Yaqublunu siyasi məhbus elan edib və bu dəfə də hökuməti onu azad etməyə çağırıb.

Tacxeber.com

Oxşar xəbərlər