Azərbaycanda çox varlı bir ailənin keçirdiyi toy məclisində ev sahibi toyda azan oxunmasını istəyib.
Tacxeber.com lent.az-a istinadən xəbər verir ki, məlumata görə, o bundan ötrü xanəndə Mirələm Mirələmova müraciət edib, istədiyi qonorarın müqabilində məhz onun səsindən azan oxunması arzusunu bildirib.
Bu barədə Mirələm Mirələmov özü məlumat verib. O qeyd edib ki, toy sahibinin arzusunu yerinə yetirməyib.
“O məclisdə içki verilirdi. Dini inanclarım var. Belə bir addımın düzgün olmayacağını düşündüm, azan oxumayacağımı dedim. O da sonra məni anladı və fikrindən daşındı”, – deyə müğənni bildirib.
Qeyd edək ki, xanəndə Mirələm Mirələmov azan oxuma videosu sosial şəbəkələrdə maraqla qarşılanmışdı.