Modern.az saytı bir neçə gün öncə xərçəng xəstəliyindən vəfat etmiş Əməkdar artist Aygün Hümmətovanın uzun illər adını yaşatdığı müəllimi Bəylər Quliyevlə fotosunu əldə edib.
Bizim.Media xəbər verir ki, fotoda Bəylər Quliyev, Aygün Hümmətova və Xalq artisti Nəsibə Zeynalova əks olunub.
Qeyd edək ki, Aygün Hümmətova sənət aləmində ona böyük dəstək göstərmiş müəllimi Bəylər Quliyevin adını özünə səhnə təxəllüsü götürərək Aygün Bəylər kimi çıxış edirdi.
Sənətçinin müəllimi Bəylər Quliyev illər öncə həbsxanaya düşmüş və orada intihar edərək öz həyatına son qoymuşdu. Həmin hadisədən sonra Aygün Hümmətova səhnəyə Aygün Bəylər olaraq çıxımış və ömrünün sonunadək də belə təqdim olunmuşdu.