• 25 Noyabr 2024 02:42

Azərbaycanda da dəbə minən “dovşan diş” trendi – QİYMƏTLƏR

 

Estetik müdaxilələr bədənin hansı hissəsinə etdirilməsindən asılı olmayaraq gündəlik həyatımızın bir parçasına çevrilib.

Tacxeber.com xəbər verir ki, xüsusilə də sənətçilər, şou adamları arasında estetik gülüş, gözəl dişlər ön plana çıxır.

Əsasən sənət adamları dişə zirkon və ya vinir qapaqların qoyulması prosedurunu etdirirlər.
Əgər bir vaxtlar çoxluq dişlərin uzunluğunun eyni ölçüdə olması üçün estetik diş qapağı qoydururdusa, son zamanlarda bu dəb bir qədər dəyişib. Belə ki, artıq “dovşan dişlər” yeni trendə çevrilib.

Bu dəb ilk dəfə gündəmdə deyil, vaxtilə də modaya çevrilən “dovşan dişlər” yenidən geri qayıdıb.

Hətta bu yaxınlarda Azərbaycan əsilli türkiyəli məşhur model və aparıcı Çağla Şıkel də sözügedən trendə qoşulmuşdu.

Əsasən qadınların icra etdirdiyi bu prosedur zamanı üst ön dişlərin ikisi digər dişlərə nisbətdə estetik müdaxilə ilə bir qədər uzadılır. İnsanlar digər dişləri görünməyək  şəkildə ağzını yumduqda öndəki uzun dişlər görünərək sanki bir dovşan təəssüratı yaradır. Elə bu səbəbdən də prosedur “dovşan dişləri” adlandırılır.

Sözügedən dəb geniş olmasa da, Azərbaycanda da yayılıb.
Müraciət etdiyimiz diş klinikaları özünə “dovşan dişləri” düzəltdirmək istəyən müştərilərin sayının az olduğunu deyir.

Ölkə.Az-ın araşdırması zamanı məlum oldu ki, “dovşan dişlər”ə sahib olmaq istəyənlər üçün 2 variant təklif edilir.
Birinci variant ön dişlərin vinirlə uzadılmasıdır. Vinir qapaqların qiyməti bir diş üçün 350 manat təşkil edir.
İkinci variant isə ön dişlərin estetik plomblanmasıdır. Bu zaman yapon istehsalı plomblardan istifadə edilir ki, bunun da qiyməti bir diş üçün 60-80 manat aralığındadır.

Hər iki variantda qapaq yerləşdirilməsi üçün dişlər bir qədər yonulur.

Həkimlər deyir ki, dişlərin uzunluğu müştərinin istəyinə uyğun olaraq hazırlanır. Bununla belə ön dişləri çox da uzatmaq olmaz. Çünki uzun olan bu dövşan dişlər xüsusilə alt çənəsi uzun adamlar üçün diskomfort yarada bilər. Belə ki, üst dişlərin alt çənədəki dişlərlə bir-birinə dəyməsi bu dişlərin qırılmasına səbəb ola bilər.

Əlaqə saxladığımız digər klinikalardan da bildirildi ki, “dovşan diş” proseduru estetik plomblama və vinirləedilə bilər. Plombun isthsalçısı olan ölkədən asılı olaraq qiymətlər dəyişə bilər.

Estetik plomblama zamanı bir diş üçün 150 manat ödəniş tələb olunur. Diş qapağı vinirdən hazırlandıqda qiymət də artır.

Tacxeber.com

Oxşar xəbərlər