• 24 Noyabr 2024 20:39

Ərindən boşansa da onun soyadını daşıyan güclü siyasətçi  – Angela Merkel haqqında bilmədiklərimiz

Son illərdə dünya mediasının diqqət mərkəzində olan Almaniyanın Kansleri Angela Merkel rəsmi görüşlərdə titrəməyi, əllərinin əsməyi ilə gündəmdədir. 

erinden-bosansa-da-onun-soyadini-dasiyan-guclu-siyasetci

 

Əvvəlcə Ukrayna Prezidenti Vladimir Zelenski, sonra isə Finlandiyanın baş naziri Anti Rini ilə görüşdə, Fransanın milli bayramında iştirak edərkən Kanslerin səhhətində problemlər yaranıb.  

Dünyaya meydan oxuyan xanım Kansler səhhətindəki problemlərlə bağlı mətbuata açıqlama verərək bildirib ki,  sağlamlığı ilə bağlı problemlər onun şəxsi işidir. Siyasi fəaliyyətinə 2021-ci ildə son verməyi planlaşdırır.

Qısası 65 yaşlı xanım siyasətçi hələ də siyasi fəaliyyətinə davam etməkdədir.

Angela Merkel haqqında çox şeylər danışılıb.

Tacxeber.com Angela Merkelin həyatı haqqında maraqlı məlumatı oxucularına təqdim edir:

Uşaqlığı Şərqi Almaniyanın Templin qəsəbəsindəki dəmir hasarlar arxasında keçən Angela böyüyəndə müəllimə olmağı arzulayırdı. Ən çox sevdiyi fənn isə rus dili olub.

1968-ci ildə, 14 yaşında olarkən o, Moskva şəhərində rus dili fənni üzrə olimpiadanın qalibi kimi Moskvaya getmək şansı qazanıb. İlk Moskva təəsüratlarını hələ də unuda bilməyən Angela “ossi” kimi (Şərqi Almaniya mənşəli olanlara verilən ləqəb)  “Azad Alman Gəncləri“ adlı kommunist icmanın üzvü olub.

Qaragilə alverçisi, disko təşkilatçısı

Ailəsinə maddi dəstək olmaq üçün Angela, gənc yaşlarında qaragilə alveri ilə məşğul olub. Leypsiqdə təhsil aldığı illərdə isə “Angela” əyləncə-diskoları da  təşkil edib. Hətta, cib xərci əldə etmək üçün bu diskotekalarda şirə və digər içkilər  də satıb.

Söhbət, dünyanın ən güclü qadınlarından biri, Almaniyanın ilk qadın kansleri Angela Merkeldən gedir.

Angela Dorothea Merkel 17 iyul  1954-cü ildə Almaniyanın Hamburq şəhərində anadan olub. Almaniyanın görkəmli dövlət xadimi A.Merkel, Xristian Demokrat İttifaqının lideri  və Almaniya Federativ Respublikasının Federal Kansleri kimi hər iki vəzifəni tutan ilk qadındır.
İxtisasca fizik olan siyasətçi xanım Karl Marks adına Universitetdə dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib. Elmi işini Kvant Fizikası üzərində aparan A.Merkel məktəb illərində fransız dilini öyrənə bilmədiyi üçün çox təəssüflənir. Rus və ingiliscə isə mükəmməl bilir.
Fizika elminə qarşı həvəsli olan Merkel gələcəyin fiziklərinə qarşı da maraqlı olub. Belə ki, o öz gələcək yoldaşını elmi axtarışları zamanı tapıb. Angela 1977-ci ildə fizik həmkarı Ulrixlə ailə həyatı qurub. Ancaq bu nikah çox da uzun sürməyib. 5 ildən sonra onlar ayrılıblar. O, beş illik ailələrinin tamamlanmasına səbəb kimi, bu evliliyə ciddi yanaşmadığını və yanıldığını göstərib. Cütlüklər ayrıldıqdan sonra onlara birgə məxsus olan əmlakı bölüşdürüblər. Bu bölgüdə mebel Ulrixə, paltaryuyan maşın isə Merkelin payına düşüb. Keçmiş həyat yoldaşından Angelaya qalan ən böyük pay isə onun soyadı Merkel olub. Angela Merkel ikinci dəfə ailə həyatı quranda da birinci həyat yoldaşının soyadını, indi dünyada məşhur olan Merkel soyadını dəyişməyib.

Angela Merkel ikinci dəfə nigahını, 18 il mülki nikahdan sonra – 1998-ci ildə kvan kimyası üzrə dünya şöhrətli alim İoaxim Zauer ilə rəsmiləşdirib.  O heç vaxt övlad sahibi olmayıb.

A.Merkel 1989-cu il Berlin divarları uçurulandan sonra siyasətlə maraqlanmağa başlayıb. O, 1990-cı ildə  ilk dəfə olaraq Şərqi Almaniya Hökumətindən seçilmiş millət vəkilinin sözçüsü kimi fəaliyyət göstərib.

Qeyri-rəsmi və rəsmi titulları ilə məşhur Merkel

A.Merkel  Almaniyada miləttin anası kimi  “Mutti ” ləqəbini qazanıb.“Boz mirvari”, “Sakit-güclü”, “Helmut Kolun qızı” kimi titullarla dünyanın siyasi arenasında kifayət qədər nüfuz sahibi olan Merkeli  “dəmir ledi” ləqəbi qazanmış Marqaret Tetçerlə müqayisə edirlər.

“Merkel Hitlerin qızıdır” versiyası

Qərb mətbuatının yazdığına əsasən, Merkelə  “Hitlerin qızı” da deyirlər. Ciddi, yaxud qeyri-ciddi səslənsə də, yazılanlara görə Merkel Hitlerin dondurulmuş spermalarından doğulub.

Rusiya  və Amerika xüsusi xidmət orqanlarının yaydığı iddialara əsasən, Merkelin surroqat anası isə Hitlerin sevgilisi olan Yeva Braunun kiçik bacısı Gretl Braundur.  Belə ki, güya Merkel doğulduqdan sonra Lüteran kilsəsi Horst Kasnerə övladlığa verir. Formal olaraq anası isə, Herlind adlı qadın təyin olunur. Həmin qadının alman-ingilis dilləri üzrə müəllimə olduğu da iddia edilir. Təbii ki, bu iddeaları almanlar zarafat kimi qəbul etsələr də, Avropada bu haqda gəzən söz-söhbətlər azalmaq bilmir və ciddi fikirlər irəli sürülür.

Merkelin futbol hobbisi

Alma şirəsi və kotleti çox sevən Merkel müxtəlif xalqların kulinariyası ilə də maraqlanır. Ev xanımı kimi də özünə güvənən  Merkelin xüsusi əl qabiliyyəti də var. Qonaqları üçün xüsusi süfrə hazırlamağa maraq göstərən kansler, onları həmişə tox yola sala bilir. Belə ki,  Merkel kartof şorbasını və balıq xörəklərini daha dadlı hazırlayır.

Teatra və konsertlərə getməkdən xüsusi zövq alan Merkel, klassik musiqilərdən ən çox operaya qulaq asmağı xoşlayır.

Əsas hobbisinin kiçik bağçasında əkdiyi gül-çiçəyə həvəslə qulluq etmək olduğunu açıqlayan Merkel əsl futbol azarkeşidir. Özünün dediyinə görə, bu hobbi ona kişi siyasətçilərlə kontakt qurmaqda çox kömək edir.

Bahalı hədiyyələri geri qaytarır

Merkelin çoxlarına qəribə gələn bir xasiyyəti var. Belə ki, ona edilən 150 avrodan baha olan bütün hədiyyələri parlamentə təhvil verir.

Tətilini təbiət qoynunda keçirməyi çox sevir və bütün xərclərini öz cibindən ödəyir. Onun nə yaxtaları, nə dəbdəbəli sarayları var. Angela Merkelin heç şəxsi mənzili də yoxdur. Kansler olduqdan sonra xidməti mənzilə köçməkdən imtina edən Angela Merkel, hazırda Berlinin mərkəzində kirayə tutduğu mənzildə yaşayır.

Merkel səhər yeməyi zamanı qəhvə əvəzinə nanəli çay içir. Alkoqollu içkilərdən isə pivəyə üstünlük verir.

Nazir olduğu vaxtlar günə bir qutu siqaret çəkən Merkel sonradan bu vərdişindən əl çəkib.
Siyasətçi xanımın xidməti avtomobili “Audi”, şəxsi maşını isə “Volkswagen Golf”dur.

SMS həvəskarı Kansler

Gün ərzində 70-ə yaxın sms yazan Merkelin nə elektron poçtu, nə də noutbuku var. O, telefonunu həmişə səssiz rejimdə işlədir. Son zamanlarda isə xəbər saytlarını izləmək və birjada baş verənlərdən xəbər tutumaq üçün “İpad” planşet işlətməyə başlayıb.

hiddətləndirmişdi. Bəziləri Merkelin bu geyimlə “narıncı inqilab“ın həbsdə olan lideri Yuliya Timoşenkoya dəstək verdiyini, bəziləri isə hollandları hirsləndirməmək üçün belə geyindiyini deyiblər.

Merkelin geyim tərzini almanlar çox bəyənirlər. Alman qadınları hesab edir ki, “Alman siyasətçisinin qadın imicini” Merkelin tərzi formalaşıb.

Merkel əl və üz mimikaları, əl jestləri ilə dünya siyasətçilərindən xüsusilə seçilir. Bəzən onun hərəki-jestləri qalmaqallara da səbəb olub.

Siyasi ekspertlər hesab edir ki,  Merkel son 10 il üçün planetin ən güclü qadın lideri kimi hakimiyyətini qorumağı bacarır. Məsələn, 2014-cü ildə-Avropa iqtisadiyyatının dinamik inkişafı dövründə Merkelin 3-cü dəfə səlahiyyət müddətinin yenidən uzadılması, onun Avropa İttifaqında güclü siyasi liderliyinə bir daha sübut oldu.

Çoxları onu yürütdüyü qatı siyasətə görə dəstəkləməsə də, bu qadın Avropa İttifaqının imicini formalaşdırıb. Bəzən, bütün siyasətçilər belə onunla razılaşmalı olurlar…

Tacxeber.com

Oxşar xəbərlər