Qadınların gündəlik həyatlarında istifadə etdikləri kosmetik məhsullarının tərkibində süd vəzi xərçənginə səbəb olan minə yaxın kimyəvi maddə var.
“Unikal” xəbər verir ki, bu barədə Massaçusetsdəki tədqiqatçılar araşdırma aparıblar.
Qeyd olunub ki, qadınlar ən çox qırışlara qarşı krem, makiyaj, şampun və sabun kimi kosmetik məhsullar vasitəsilə süd vəzi xərçənginə səbəb olan kimyəvi maddələrə məruz qalırlar.
Amerikalı toksikoloq Dr.Ceni Key kimyəvi maddələrə məruz qalmağı məhdudlaşdırmaq üçün meyvə və tərəvəzləri yumağı və hər gün tətbiq olunan makiyaj miqdarını azaltmağı tövsiyə edib.