• 24 Noyabr 2024 05:58

Azərbaycanlı qadın AZAL-ın təyyarəsində ÖLDÜ

Bu gecə Almatadan-Bakıya olan aviareysdə (AZAL) bədbəxt hadisə baş verib.

 

Bu barədə News24.az-a hadisə şahidi məlumat verib.

 

Hadisə şahidi bildirib ki, Almata saatı ilə 03:15 olan reys 03:25-də qalxıb.10 dəqiqə gecikmənin səbəbi yaşlı (50+) qadının həkim tərəfindən uçuşa buraxılmaması olub: “Sərnişin israrla uçacağını bildirdi və ərizəyə qol çəkərək məsuliyyəti öz üzərinə götürdü. Uçuşdan 40 -50 dəqiqə sonra qadınının halı pisləşdi və pilot hava gəmisini Daşkənd hava limanında endirməyə qərar verdi. Ancaq təyyarə enənə qədər qadın canını elə təyyarədəcə tapşırdı. Daha sonra cənazəni salondan götürdülər və uçuş davam etdi. Azərbaycan vətəndaşı olduğu bildirilirdi. Amma əsas məqam təyyarə bələdçilərinin qadının həyatda qalması üçün bütün bacarıdıqlarını etdilər. Şəxsən mən bu qədərini gözləmirdim. Ürək masajı, süni nəfəs…Dayanmadan 5 bələdçi onu həyata qaytarmağa çalışdı, amma heyif…. Qadını xilas etmək mümkün olmadı.

Tacxeber.com

Oxşar xəbərlər