• 25 Noyabr 2024 08:25

Paşinyandan Azərbaycana yeni TƏKLİF

Paşinyandan Azərbaycana yeni  TƏKLİF

Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla prioritet silahlara qarşılıqlı nəzarət haqqında saziş imzalamağa hazır olduğunu bildirib.

Tacxeber.com Modern.az-a istinadən xəbər verir ki, bu barədə o, partiyasının iclasında danışıb.

O, Azərbaycana silahlara qarşılıqlı nəzarət mexanizmi yaratmağı təklif edib.

“Bu, yeni təklifdir, lakin biz səmimi şəkildə sülhə nail olmaq istəyiriksə, bütün bu məsələlər müzakirə oluna bilər. Amma təəssüf ki, Ermənistan və Azərbaycan hələ də fərqli diplomatik dillərdə danışırlar. Bundan başqa, Ermənistanda, Azərbaycanda və ölkələrdən kənarda sülhdə maraqlı olmayan qüvvələr var”, – Paşinyan əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər