• 20 Sentyabr 2024 17:43

Zelenskinin köynəyindəki rəqəmlər gündəm oldu: Putinə gizli mesaj göndərib – FOTO

 

Ukrayna prezidenti Vladimir Zelenski Rusiya prezidenti Vladimir Putinə gizli siqnal göndərib.

Belə iddia ilə “Bild” nəşri çıxış edib.

Ukrayna dövlətinin başçısı Estoniyanın baş naziri Kaja Kallas ilə görüşə 48,3794° və 31,1656° yazıları olan sviter geyinərək çıxıb. Alman nəşrinin jurnalistləri qeyd ediblər ki, müvafiq rəqəmlər Ukraynanın Kirovoqrad vilayətinin Dobroveliçkovka kəndinin koordinatlarıdır. Bu yaşayış məntəqəsi 1991-ci il sərhədləri daxilində keçmiş Sovet respublikasının coğrafi mərkəzidir.

“Beləliklə, Ukrayna lideri hər hansı ərazi güzəştlərindən imtina etdiyinə işarə edib”, – nəşrin müəllifləri iddia ediblər.

Eyni zamanda, Kallas danışıqlara arı-mavi kostyumda gəlib. (Publika.az)

Tacxeber.com

 

 

Oxşar xəbərlər