• 21 Sentyabr 2024 06:48

Atası gənc şairdən üz döndərdi: “Dedi ki, sən adam deyilsən”

Atası gənc şairdən üz döndərdi: “Dedi ki, sən adam deyilsən”

Gənc və istedadlı şair Şəhriyar Del Gerani həyatının ən çətin dövrünü yaşayır. 

Tacxeber.com xəbər verir ki, tanınmış qələm adamı heç kimin ona dəstək olmadığını, hətta atasının da ondan üz döndərdiyini yazıb.

Şəhriyar Del Geraninin sosial şəbəkə hesabında yazdığı statusun bəzi hissələrini təqdim edirik:

“Dövr pis gəlib. Çox pis. Adam pulsuz olanda, kasıb olanda hamı onu alçaltmaq istəyir. Məxsusən ən yaxınlar – ailə üzvləri, qohumlar, dostlar və s. İş axtarıram neçə müddətdir, heç kəs mənə iş vermir. Atam da üz döndərdi məndən. Dedi, “Sənə iş vermirlərsə, deməli, adam deyilsən”. Daha açıq sözlərlə təhqir etdi. Demək istəmirəm. Təfərrüatları yazmaq istəmirəm yəni”.

 Şair yazıb ki, ümidsizdir, əl  hər yerdən də üzülüb:

 “Subayçılıqda birtəhər başımı girələyirdim. İndi evliyəm. Nə edim, bilmirəm?! Atam da üz döndərdi məndən. Dedim bayaq. İki yüz neçə manat pensiya alır, kartı məndəydi, geri istədi. Qaytardım. Ən pis günümdə vurdu məni. Dedim axı, adamlar qəddardır. Sağ olsun yenə də. Əvvəldən kartını mənə verməyə də bilərdi. Sözüm onda deyil. Sözüm ona: Mən neyləyim? İş vermirlər. Heç kəs iş vermir mənə. Qalmışam düzdə. Bu əbədi ölkədə çölün düzündə qalmışam. 600 manat kirayə ödəyirəm. Evim yoxdur. 20 ildir kirayələrdə yaşayıram Bakıda. Mən nə edim? Əlimdən başqa iş də gəlmir. Gücüm yoxdur gedim fəhləçiliyə. Hövsələm çatmır ofisiantlığa. Bilmirəm neyləyim. Başa düşürəm, uğursuz adamam. Amma pis adam deyiləm. Allah hər şeyi görür və bilir axı. Vallah, pis adam deyiləm. Mən bu günlərə qalası adam deyildim. Bunları yazmağı özümə sığışdırmırdım, amma yazdım. Yazdım. Çünki başqa yolum yoxdur”.

Tacxeber.com

Oxşar xəbərlər