• 24 Noyabr 2024 08:41

Ukrayna bu halda 300 milyard qazana bilər

 

Ukrayna təzminat istiqrazlarını satmaqla 300 milyard dollara qədər vəsait toplaya bilər.

Tacxeber.com xəbər verir ki, bununla bağlı “Röyters” məlumat yayıb.

“Qiymətli kağızlar gələcəkdə Moskvaya qarşı müharibə təzminatı tələbləri ilə təmin ediləcək. Rusiyanın dondurulmuş aktivləri pul mənbəyi rolunu oynayacaq.

Ukrayna ABŞ, AB ölkələri və digər müttəfiqlərin bu qiymətli kağızları almağa hazır olması şərti ilə 300 milyard dollara qədər ümid edə bilər”, – məlumatda qeyd edilib.

Tacxeber.com

Oxşar xəbərlər