• 21 Sentyabr 2024 00:24

Ukraynanın məşhur snayper-pilotu öldü

 

Ukraynanın ən təcrübəli döyüş pilotlarından biri, general Stanislav Pavloviçin həlak olduğu bildirilib.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin (AFU) “Qərb” Hərbi Hava Komandanlığı “Facebook” sosial şəbəkəsində məlumat yayıb.

65 yaşlı hərbçi snayper-pilotu olub, karyerasına sıravi pilot kimi başlayıb və bombardmançı aviasiya alayının komandiri vəzifəsinə qədər yüksəlib.

General Stanislav Pavloviç Su-24 cəbhə bombardmançısını idarə edib. Mərhum Ukraynanın ən peşəkar pilotlarında biri sayılırdı. Onun ölüm səbəbi açıqlanmayıb.

Tacxeber.com

Oxşar xəbərlər