Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev keçmiş məcburi köçkünlərin yaşadığı binaların boyük əksəriyyətinin qəzalı vəziyyətdə olduğunu bildirib.
Tacxeber.com xəbər verir ki, o, bu barədə Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planının təqdimatı mərasimində danışıb.
O qeyd edib ki, keçmiş məcburi köçkünlərin Qarabağa köçürülməsi prosesi müvafiq qaydada davam etdirilir:
“Onlar köçürüldükdən həmin binalara baxış keçiriləcək. Onların yenidən müvafiq təyinat üzrə tikinti nəzərdə tutula bilər”.