• 24 Noyabr 2024 20:02

“O geyimə görə boynumda ağrılar yaranıb”

 

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyeva “Maska” şousundakı çıxışından danışıb.

Axşam.az xəbər verir ki, “Dikdaban” verilişində qonaq olan Aynişan canlandırdığı “Xarıbülbül” obrazından söz açıb. O bildirib ki, həmin geyimdə səhnəyə çıxmaq asan olmayıb:

“Həmin paltarda çıxış etmək çox çətindir. Otura, qalxa, ekstra hərəkətlər edə bilmirdim. Bir santimetr tərpənəndə başım aşağı gedirdi, ağrı verirdi. Çox böyük boyun problemlərim var. Başımı balışla saxlayırdılar. Hətta bir dəfə 4 personaj çıxış etdik. “Molla Nəsrəddin”ə ilişdim, sürüşüb dəydim. Çəkilişdən bir gün əvvəl bilirdik ki, səhnədə hansı performansı göstərəcəyik. Biz bir-bimizlə danışmırdıq. Bilmirdik maska altında kimlər var”.

Tacxeber.com

Oxşar xəbərlər