• 20 Sentyabr 2024 04:54

Vasif Məhərrəmli: “Başlarından böyük qələt edirlər…” – VİDEO

 

Əməkdar artist Vasif Məhərrəmli ictimai qınağa tuş gəlib.

Tacxeber.com xəbər verir ki, sənətçi restoranların birində oturduğu zaman əllərində yemək dolu qablar olan ofisiant onun yanından keçəndə yıxılıb. Sosial şəbəkə istifadəçiləri müğənnini hadisəyə seyirçi qalmasına tənqidi yanaşıb.

Vasif Məhərrəmli Qaynarinfo-ya açıqlamasında onu ittiham edənlərə ağır cavab verib:

“Məni ittiham edənlər başlarından böyük qələt edirlər. Ofisiant yıxılıb və tez bir zamanda da durub ayağa, məndən üzr istədi. Dedi ki, bağışlayın, sizi narahat etdim və s. Buna nə münasibət bildirməliyəm ki? Hər şey göz qabağındadır. Ofisiant məndən əvvəl qalxıb ayağa”.

Oxşar xəbərlər