• 20 Sentyabr 2024 17:39

Bakı məktəbində təmizlik işçisinə edilən sürprizin görüntüsü rekord vurur – VİDEO

Bakı məktəbində təmizlik işçisinə edilən sürprizin görüntüsü rekord vurur - VİDEO

 

18 saylı Bakı məktəbində maraqlı hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, ibtidai sinif şagirdləri və onların sinif rəhbəri məktəbdə çalışan təmizlik işçisinə ad günü sürprizi ediblər.

Onlar sinif otağına daxil olan işçini gül buketləri və tortla qarşılayıblar. Daha sonra əllərindəki çiçəkləri ona təqdim edərək təmizlik işçisini yeni yaşı münasibətilə təbrik ediblər.

Təmizlik işçisi yaşadığı mənzərə qarşısında çox təəccüblənib və sevinib. O onu təbrik edən hər bir şagirdə və müəllimə ayrı-ayrılıqda öz təşəkkürünü bildirib.

Sözügedən görüntülər sosial şəbəkələrdə yayılaraq müzakirələrə səbəb olub. İzləyicilər müəlllimin və şagirdlərin bu addımını rəğbətlə qarşılayıblar.

Sözügedən görüntüləri təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər