• 25 Noyabr 2024 13:41

Əgər nara duz səpib yesəniz…

Əgər nara duz səpib yesəniz...

Qış aylarında süfrələrimizi bəzəyən nar təkcə dadı ilə deyil, həm də sağlamlığımıza müsbət təsirləri ilə də tanınır. 

Tacxeber.com xəbər verir ki, narın içinə bir az duz əlavə etməklə sağlamlığınızı daha da yaxşılaşdıra bilərsiniz.

Belə ki, bu duzlu nar qida borusunu və bağırsaqları təmizləyən təbii dərmandır.

Duzlu nar həmçinin bəlğəmin təmizlənməsinə kömək edir. Eyni zamanda, duzun ağrıkəsici xüsusiyyətləri narla birləşdirildikdə artır və duzlu nar baş ağrısı, oynaq ağrıları kimi problemləri aradan qaldırır.

İltihab əleyhinə xüsusiyyətlərə malik olan bu qarışım boğazda qıcıqlanma nəticəsində yaranan ağrıları da aradan qaldırmağa kömək edir.

Duzlu narın möcüzəvi faydalarından yararlanmaq üçün gündə 6-7 qaşıq yeyə bilərsiniz.

Tacxeber.com

Oxşar xəbərlər