“Qızım müğənni olmaq istəyirdi. Sonra gördüm ki, oxuduqca cırıldayır. Dedim, olmaz, oxuma. Aktrisa olmasını isə mən istəmədim”.
Lent.az-ın xəbərinə görə, bu fikirləri Xalq artisti Naibə Allahverdiyeva efirdə səsləndirib.
O, qızının aktrisa olmasına narazılıq etməsinin səbəbindən danışıb:
“Aktrisanın şansı olmalıdır. Mən istədiyim rolları oynamadım. Aktrisa kimi lazımi qədər istifadə olunmadım. İndi filmə çəkilmək üçün dostların, ətrafın olmalıdır. İndi rejissorlar elə peşəkar da deyillər. Seriallardakı aktyorlara yazığım gəlir”.