• 20 Sentyabr 2024 21:49

Xərçəngin müalicəsində mühüm addım – İngiltərədə başladı

Xərçəngin müalicəsində mühüm addım - İngiltərədə başladı

İngiltərədə uşaqlara kimyaterapiyadan daha yüngül xərçəng dərmanı verilməyə başlanıb.

Tacxeber.com xarici mediaya istinadən xəbər verir ki, İngiltərədə bəzi xərçəngli uşaqlara kimyaterapiyadan qat-qat az zəhərli olan yeni bir dərman müalicəsi növü tətbiq edilməyə başlanıb.

BBC-nin məlumatına görə, 11 yaşlı Artur Londondakı Great Ormond Street xəstəxanasında qan xərçəngi (leykemiya) üçün bu müalicəni sınayanlardan biri olub.

Ailəsi müalicəni “qaranlığı işıqlandıran işıq” adlandırır.

Xəstəxana mühitindən kənarda tətbiq oluna bilən dərman sayəsində xəstələr evdə ailələri ilə daha çox vaxt keçirə bilirlər. Dərman bir çantada aparıla bilər.

Tacxeber.com

Oxşar xəbərlər