Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın dünya banklarında dondurulan pullarının öz ölkəsinin yenidən bərpası üçün Kiyevə göndərilməsini istəyib.
Tacxeber.com BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumu (WEF) çərçivəsində xarici mətbuat nümayəndələri ilə görüşü zamanı bildirib.
G7 ölkələri, aktivlərin 2020-ci ildə dondurulmasından sonra əldə edilən dəyər artımını və faizini Ukraynanın yenidən qurulması üçün istifadə etməyi planlaşdırırlar.
Zelenski isə son açıqlamasında Rusiyanın bütün dondurulmuş aktivlərinin Ukraynanın yenidən bərpası üçün istifadə edilməsini tələb edib.
“Dünya banklarında 300 milyard dollar varsa, biz niyə istifadə etməyək?” – deyə, Ukrayna dövlət başçısı qeyd edib.
Dünya İqtisadi Forumu zamanı Zelenski “BBC”yə verdiyi açıqlamasında Ukraynadakı müharibənin bədəlini qərbli vergi mükəlləfiyyətçilərinin ödəməli olduğunu vurğulayıb:
“Rusiyanın 300 milyard dollarlıq aktivləri banklarda saxlanılır. Ukraynanı məhv etdilər. Əgər Rusiyaya aid 300 milyard dollar varsa, biz bunları Rusiya raketləri tərəfindən məhv edilmiş yerləri yenidən qurmaq üçün istifadə etməliyik. Axı niyə sizin cəmiyyətiniz düşünməlidir ki, bizə necə kömək edə bilər. Əgər dünyanın 300 milyard dolları varsa, niyə bundan istifadə edilməməlidir?”.