NATO-ya üzv ölkələrin hakimiyyət orqanları və onların əhalisi yaxın iyirmi ildə Rusiya ilə genişmiqyaslı müharibəyə hazır olmalıdır.
Tacxeber.com xəbər verir ki, bunu NATO-nun hərbi komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.
Onun sözlərinə görə, müharibə başlayarsa, çoxlu sayda əhali səfərbər olunmalı, ona görə də NATO üzvləri hazır olmalıdır. “Biz başa düşməliyik ki, biz indi özümüzə aydın olmayan bir dünyadayıq. Buna görə də biz Rusiya ilə münaqişəyə hazırlaşmalıyıq”, – Bauer qeyd edib.
Həmçnin bildirib ki, Alyans ölkələri çoxlu insanı səfərbər etməyə imkan verən sistemə sahib olmalıdır: “Hərbi bloka daxil olan ölkələr səfərbərliyə hazırlaşmaqdan əlavə, “münaqişəni davam etdirə biləcək qədər tez” istehsal etmək üçün silah və sursat istehsalını qurmalıdırlar”.