“Kişinin evi olar də…” – Şeyxin qudası
“Şeyx villasını tikmək üçün borc verdiyim 260 min dolları çoxdan qaytarıb. Bu kişi borc-xərc edib, ev tikib, özü üçün gün-güzəran düzəldib. Kişinin evi olar də. Deyirlər ki, 260 min dollar Hacı Qalibdə haradan idi? Oğru olmamışam. Saf ticarət yolu ilə pul qazanmışam. Bununla da həmişə fəxr edirəm”.
Bunu pravda.az-a açıqlamasında Şeyxülislam Allahşükür Paşazadənin qudası, sabiq deputat Qalib Salahzadə deyib.
Qalib Salahzadə pulu necə qazanmasından da danışıb:
“1969-cu ildən əmək kitabçam var. Respublikanın taxta-şalban fondunun 95 faizi məndə olub. Sibirdən taxta-şalban gətirmişəm. Sibirin o qədər şəhərini sayaram ki… Pul qazanmağın yolları olub. Düzdür, mənə dəyməyiblər, həbs etməyiblər. Yəni özümü elə aparmamışam ki, tutub, içəri bassınlar. Sovet hökumətinin vaxtında pul qazanmaq asan şey deyildi”.