• 24 Noyabr 2024 10:24

Ölən fəhlənin işlədiyi MMC kimindir? – Bu şirkətdə əvvəl də ölüm hadisəsi olub

 

Ötən gün saat 10 radələrində Sumqayıt şəhəri ərazisində “Archico” MMC-də fəhlə işləyən 1977-ci il təvəllüdlü Nazim Bağırov kanalizasiya xətti çəkilişi zamanı torpaq uçqunu altında qalaraq ölüb.

Yeniavaz.com xəbər verir ki, bu, “Archico” MMC-nin işçilərinin ölümünə səbəb olan ilk hadisə deyil.

Daha əvvəl “Archico” MMC-nin əməkdaşı Ceyhun Paşayev Yasamal rayonu, Moskva prospekti ev 75A, mənzil 30 ünvanında elektrik xəttində təmir işləri görən zaman elektrik cərəyanı vurması nəticəsində ölüb.

Məlumat üçün bildirək ki, “Archico” MMC 50 manat nizamnamə kapitalı ilə 2010-cu ildə təsis olunub. MMC-nin qanuni təmsilçisi Musayev Cavid Musa oğludur. Şirkətin hüquqi ünvanı “Bakı şəhəri, Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli ev 14A”da yerləşir. Şirkətin təsisçisi Məhəmməd Musayevdir.
432729

Məhəmməd Musayev

“Archico” MMC həmçinin dövlət qurumlarının dəyəri milyonlarla manat olan çoxsaylı layihələrinin icraçısıdır. Şirkət hazırda Şuşa şəhərində yaşayış binaların tikintisi ilə də məşğuldur.

“Archico” MMC 2022-ci ildə “Azərsu” ASC-nin Novxanı və Saray qəsəbələrinin bir hissəsinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı keçirdiyi 9,4 milyon manatlıq tender müsabiqəsində qalib olub. Tender müsabiqəsinin icrası 2025-ci ilin sonuna kimi davam edəcək.

Tacxeber.com

Oxşar xəbərlər