• 24 Noyabr 2024 12:57

Röyadan keçmiş əri ilə barışması xəbərlərinə REAKSİYA – FOTO

 

Xalq artisti Röya Ayxan sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

Tacxeber.com baku.ws-ə istinadən bildirir ki, o şəxsi instaqram hesabında keçmiş həyat yoldaşı Anar Cəlilovla barışması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. İfaçı bildirib ki, bu sadəcə yalan məlumatdır:

“Əzizlərim biz oğlumuzu sevirik və dost qalmışıq. Bir sözlə nə barışıq? Hər birimiz xoşbəxtik öz evində…”.

Xatırladaq ki, A.Cəlilov “Çudo peçka” mağazalar şəbəkəsinin sahibi Çingiz Cəlilovun oğludur. Anar Röya ilə 2008-ci ildə ailə qurub, 2014-ci ildə isə onlar boşanıblar. Cütlüyün Hüseyn adlı bir oğulları var.

Tacxeber.com

Oxşar xəbərlər