• 09 İyun 2025 13:00

Asif Bağırovun AFFA-ya Mourinyo ilə bağlı atmacasına – sən zarafat elə!

 Asif Bağırovun AFFA-ya Mourinyo ilə bağlı atmacasına – sən zarafat elə!

EDITORIAL USE ONLY No use with unauthorised audio, video, data, fixture lists (outside the EU), club/league logos or “live” services. Online in-match use limited to 45 images (+15 in extra time). No use to emulate moving images. No use in betting, games or single club/league/player publications/services. Mandatory Credit: Photo by Graham Chadwick/ANL/Shutterstock (9974783a) Jose Mourinho. Uefa Champions League – Manchester United 2 V Benfica 0 – Old Trafford Jose Mourinho. Jose Mourinho. Uefa Champions League – Manchester United 2 V Benfica 0 – Old Trafford Jose Mourinho.

Paylaş

 

AFFA-nın milli komandaya necə olursa-olsun, mütləq əcnəbi məşqçi gətirmək arzusuna reaksiya verən tanınmış jurnalist Asif Bağırov öz sosial şəbəkə hesabında paylaşım edib:

“AFFA-nın diqqətinə: Mourinyo qovuldu. Görün neyləyirsiz!”

 

Asif Bağırovun gülüş işarələri ilə dolu paylaşımı məzə xarakteri daşısa da, AFFA üçün ideya da ola bilər. 15 ildir camaatla məzələnən, millimizi məsxərə obyektinə çevirən federasiya rəhbərliyi üçün zarafatı ciddiyə almaq qeyri-adi hadisə sayılmaz.

 

Asif, sən zarafat elə! Bir də gördün, elə günü sabah Mourinyo ilə əlaqə saxlayıb millimizdə baş məşqçi olmağı təklif elədilər. AFFA-nın Mourinyonu gətirməyə pulu çatmayacağını da əsla düşünmə. Pul Tovuz stadionunda ot örtüyü salmaq və ya ölkə futbolunda zərurət olan digər məsələlər üçün yoxdur. Əcnəbilərə pul həmişə tapılıb, tapılacaq da.

 

Başqa məsələ ki, Mourinyo bizim futbolumuza baş qoşacaq qədər ağlını itirməyib. Amma yenə də nə olar, nə olmaz. Ərəblərin pul gücünə kimləri hara gətirdiyini görmüş adamlarıq. Bizimkilər də elə ərəb təfəkkürlü futbol adamlarıdır. Sadəcə ərəblərdə olan qədər pulları yoxdur ki, onlar kimi hərəkət eləyə bilsinlər.

 

Həmid

P.S. Mourinyonu millimizə baş məşqçi gətirə bilməsələr də, çarter reysi təşkil edib görüntü xarakterli danışıqlar üçün görüş təşkil edə bilərlər.

 

Tacxeber.com

Oxşar xəbərlər