• 20 Sentyabr 2024 06:44

“SOCAR” prezidenti Rövnəq Abdullayevin sirli yüksəlişi…

Çoxları Rövnəq Abdullayevin yüksəlişini keçmiş deputat olan millət vəkili Fəzail Ağamalı ilə parlamentdə yumruqlaşması ilə yadda qalmış, hal-hazırda həbsxana həyatı yaşayan keçmiş deputat Hüseyn Abdullayevə şoferlik elədiyi dövrlərə bağlayır. O zaman Rövnəq müəllim köhnə “Vaz 21 011” markalı avtomobili ilə çoxlarının xatirəsində qalmışdı. Lakin işin həqiqi mahiyyətindən heç kəsin xəbəri yoxdur.

 

Rövnəq Abdullayev ali təhsilin bitirdikdən sonra “ SOCAR”ın keşmiş ARDNŞ-in XDNQT tresti İMİ-də qarajda mexanik vəzifəsinə təyinat alır. Qeyd edirəm ki, Rövnəq Abdullayev Azərbaycanın İnşaat Mühəndisləri Universitetindən yarımçıq xaric edilmişdi. Sonradan o pul vəsaiti hesabına Moskva Kuybişev adına İnşaat Mühəndisləri İnstitutuna transfer alıb orada təhsilini birtəhər bitirib. Kuybişev adına İnstitutu bitirdikdən sonra təyinatla təmin edilmişdir. Bu təyinatı almasında ona anası Gültac müəllimə kömək edir. Çünki Gültac müəllimə bir zamanlar Prezident İlham Əliyevin müəlliməsi olmuşdur. Bu əlaqədən istifadə edərək hakim ailəyə xod əldə edib bütün bunları təmin etməyə nail olmuşdur.

 

O zamanlar İlham Əliyev neft şirkətinə özünə yaxın adamları yerləşdirməyə başlamışdı. Rövnəq Abdullayev üzərindəki layihədə məhz o zamandan gündəmə gəlmişdi. O etimadı doğruldacağı təqdirdə “SOCAR” prezidentliyinə yüksəldiləcəyinə qədər hesablanmış bir layihə məhz onun üzərində qurulmağa başlamışdı.

 

Bildiyiniz kimi, eks deputat Hüseyn Abdullayevin biznes həyatı SSRİ dağılandan sonra dəmir-metal alveri olub. Sonra bu alveri o silah alverinə qədər yüksəltmiş olub. Biznesinin ilk dönəmində Hüseyn Abdullayevin İlham Əliyevlə yaxın münasibətlərinin olduğu da kimsəyə sirr deyil. Hətta eks deputat Heydər Əliyevin hakimiyyət yolunda onun şilləvuranı timsalında da çıxış eləmişdi. Onu da qeyd edim ki, quska həmin bu dəmir alverindən qabaq Naxçıvanda toyxanalardan şabaş oğurlayan ara uşaqlarının banda rəhbəri imiş.

 

Bir sözlə, o zaman Rövnəqin ARDNŞ (SOCAR) XDNQT tresti İMİ-də yerləşdirilməsi və Quskayla dostlaşdırılması İlham Əliyevin uzun bir maxinasiya siyasəti olmuşdur. Beləki, İstehsalatı Mexanikləşdirmə İdarəsi çox nəhəng bir neft sənaye istehsalat regionunun təmir tikinti quraşdırma işlərini həyata keçirirdi. Olduqca böyük, geniş, nəzarət mümkün olmayan neft sahələrinə malik idi. Bu neft regionuna dənizdə və quruda həyata keçirilən bütün təmir və tikinti quraşdırma işləri daxil idi. Hansıki o ərazilərdə milyonlarla ton neft məhsullarının istehsalında istifadə edilən dəmir ,metal avadanlıqlar, uzunaraq bitib tükənməyən sahibsiz borular, buruqlar, dəniz sahəsində dəniz dibindəki qurğular, estakadalar və s. var idi ki, bunları da söküb satmaq üçün bu üçlük səmərəli iş həyata keçirə bilərdi və uzun illər maneəsiz keçirdilər. Məhz bu xətlə Rövnəq Abdullayevin yüksəlişi yolunda ilkin baza tədbirləri öz bəhrəsini vermis oldu.

 

Rövnəq Abdullayev Hüseynin ona verdiyi faydanı qarşılıqsız qoymamışdı. O “SOCAR” prezidenti olandan sonra bəlkə də bir az daha əvvəl Bakının Nizami rayonu hakimiyyət tərəfindən onun ukratorluğuna verilmişdi. Həmin vaxtlarda Rövnəq müəllim siyasətə atılmaq istəyən quskaya ( Hüseyn Abdullayev) məhz bu öz rayonundan deputat mandatı da verdirdi. Eski ortağı kimi bir dairədən özu,birindən də quska deputat oldu.

 

Sonralar Rövnəq Abdullayev işlədiyi İMİ-nin rəisi oldu. Daha sonra biznesi böyüdərək oradan trest rəisliyinə ucaldıldı. Bu arada Azərsu Prezidenti olan Qorxmaz müəllim də o yolda Rövnəq Abdullayevin yaxın silahdaşlarından birinə çevrilmişdi. Trest rəisi olarkən Rövnəq müəllim onu özünə birinci müavin təyin etmişdi.

 

Bir sözlə, dəmir metal alverindəki uğurlar, bu sahədəki peşəkarlıq Rövnəqi bu sahədə üzərində iri layihələr hesablanan bir fiqura çevirdi. Daha sonra Rövnəq üzərindəki qara biznes elə böyüyürdü ki, artıq dünya səviyyəsinə qalxırdı. Buna görə Rövnəqin nüfuz dairəsində olan trest böyüyən bazarı təmin etməyə kifayət etmirdi. Onun daha da ucalması vacib şərtə çevrilmişdi.

 

Bu arada onu da bildirim ki, o zaman ARDNŞ rəhbərliyində vicdanlı səviyyəli insanlar var idi. Böyük zavodların direktorları hörmətli nüfuzlu şəxslər idi. Rövnəqin dağıdıcılıq siyasətindən bu rəhbərlər bezmişdi. Ona görə trestdən sonra böyümək üçün onun yolunda olduqca böyük maneələr var idi. Həmdə Rövnəqin öz şəxsi potensialı da belə iri rəhbərliyə uyğun gəlmirdi.

 

Bu minvalla, buna baxmayaraq onun yolu bir yerlərdən açılmağa başladı. O ənənəvi biznesində qazandığı etibarı , həm də pərdəarxası ortağının dövlət rəhbərliyinə ucalması onun da yolundakı maneələri aradan qaldırmağa başladı. Rövnəq trestdən AZneftyanacaq NEZ-ə direktor gətirildi. O zaman həmin Zavodun direktoru olan Ramiz müəllim çox nüfuzlu şəxs idi. O, Rövnəqin nəyə qadir olduğunu bildiyinə görə zavodda başladığı ilk dağıdıcı maxinasiyalarını bilib,dözməyib zavoda gəlib, onu tənqid edib, hətta ona dövlətə və millətə vurduğu bu ziyana görə bir şillə də yapışdırmışdı. Sonradan çox çəkmədən Ramiz müəllim ağır xəstəlik keçirib infarkdan dünyasını dəyişmişdi. Qohum əqrəbası onun rəhmətə getməsinə səbəbin məhz Rövnəqə vurduğu şapalaq olduğunu bildirirlər.

 

(Ardı var)

Hazırladı: Vüqar Məmmədağayev

Bizimlə əlaqə: tacxeber@gmail.com

Tacxeber.com

Oxşar xəbərlər