ABŞ-da elektrikli velosipedlər insanları “qırır” – 18 nəfər ölüb
İqlim böhranı ilə mübarizədə təsirli nəqliyyat üsullarından biri sayılan elektrikli velosipedlər Nyu Yorkda rekord sayda yanğına səbəb olub.
Nyu York Yanğından Mühafizə İdarəsinin “Fox News”a açıqlamasına görə, elektrik velosipedləri şəhərdə 267 yanğına səbəb olub. Bu hadisələrdə 18 nəfər həlak olub, 150 insan yaralanıb. Rəqəmlər 2023-cü ildə baş verən elektrikli velosiped yanğınlarından sonra itkilərin 200 faiz artacağı anlamına gəlir.
Rəsmi məlumatlara görə, ABŞ- da 2019-2022-ci illərdə elektrikli velosiped satışları 269 faiz artıb. Bazarın ümumi dəyərinin 2,6 milyard dollara çatacağı təxmin edilir. Bununla belə, təhlükəsizlik mütəxəssisləri elektrikli velosipedlərin litium-ion akkumulyatorlarının nəzarətsiz şəkildə qalacağı təqdirdə qıza və partlaya biləcəyi haqda xəbərdarlıq ediblər.
Nyu York meri Erik Adams da bir neçə ay əvvəl verdiyi açıqlamada təhlükəyə diqqət çəkərək, “Bu batareyalar səbəbindən şəhərdə 100-dən çox insan həlak olub. Baxdıqda bu batareyaların yeniləndiyini görürük. Mağazalar batareyaları açıb yeniləyir və hər kəs bunu öz üsulu ilə edir. Bu təhlükəsizlik problemidir”.
Elektrikli velosipedlərin yaratdığı problemlər yalnız akkumulyatorun qızması və Nyu Yorkla məhdudlaşmır. Keçən iyul ayında Kaliforniyanın Ensinitas şəhərində bu velosipedlərdən istifadə edən iki uşağın düşdüyü qəzada, onlardan birinin həyatını itirməsindən sonra fövqəladə vəziyyət elan edilmişdi. Bu yaxınlarda Kaliforniya və Oreqon ştatlarının digər yerlərində də oxşar ölümlə nəticələnən qəzalar baş verib. Mütəxəssislər vurğulayırlar ki, sürücülərin təcrübəsizliyi və elektriklə işləyən velosipedlərin saatda 35 kilometrdən çox sürətlə sürülməsi belə problemlər yaradır. (Valyuta)