• 20 Sentyabr 2024 08:31

Çin istehsalı olan yorğan aldı, bürünüb yatdı – Həyatına son qoydu

 

Moskvada təqaüdçü “AliExpress”dən aldığı qızdırılan Çin yorğanının altında yanaraq ölüb.

Tacxeber.com xəbər verir ki, bədbəxt hadisə elektron yorğanda qısaqapanma zamanı baş verib. 69 yaşlı Olqa elektrik yorğanını üstünə örtərək yatıb.

Səhər saatlarında elektirk yorğanda qısaqapanma baş verib və yanğın başlayıb. Evdən çıxan tüstünü görən qonşular dərhal yanğınsöndürənlərə zəng edib.

Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını qısa zaman kəsiyində söndürə biliblər. Təcilli tibbi yardım işçiləri yanıq xəsarətləri alan yaşlı qadını evdən çölə çıxarsalar da, onun həyatını xilas etmək mümkün olmayıb.

Tacxeber.com

Oxşar xəbərlər