• 23 Noyabr 2024 23:50

Kosmosda qiblə necə müəyyən edilir? – “Namaz Yer kürəsinə tərəf qılınmalıdır”

 

Yanvarın 19-da kosmosa uçan ilk türk astronavt Alper Gezeravcının kosmosda namaz qılması barədə yayılan foto geniş müzakirəyə səbəb olub. Əslində, çoxları bunun fotoşop olduğundan xəbərsizdir. Belə ki, həmin foto 2017-ci ildə kosmosa uçan malaziyalı kosmonavt Şeyx Müzəffər Şükürə aiddir. Bununla belə, sözügedən görüntülər kosmosda namaz qılarkən qiblənin necə müəyyən edildiyi barədə sualları gündəmə gətirib. 

Məsələyə aydınlıq gətirən ilahiyyatçı Tural İrfan Pravda.az-a açıqlamasında deyib ki, insanın harada olmasından asılı olmayaraq, namaz qılmaq vacib ibadətdir:

“Dini mətnlərə görə, Həzrəti Peyğəmbərimiz də Meracda olarkən namaz qılmış, hətta digər peyğəmbərlərə öndər olub. Mümkün olduqca insan harada olursa-olsun, namazını qılmalıdır. Ayaq üstə qıla bilmirsə, oturub qılmalı, bu da mümkün deyilsə, işarələrlə icra etməli, fikrən ibadətini yerinə yetirməlidir. Qibləni isə müəyyən etmək mümkün olduqda vacibdir. Qibləni müəyyən etmək mümkün deyilsə, bunu təyin etmək üçün elə bir cihaz da yoxdursa, kosmosdakı insan namazı, sadəcə, Yer kürəsinə tərəf qılmalıdır. Çünki kosmosdan baxarkən Kəbə Yer üzündədir. Əgər bu da mümkün deyilsə, istənilən səmtə tərəf qıla bilər. Çünki “Qurani-Kərim”də Allah buyurur ki, siz yönünüzü hansı tərəfə çevirsəniz də, Allah sizi görür, eşidir, duyur… Təyyarədə isə adətən qibləni müəyyən etmək olur. Əgər olmasa, hökm eynidir, istənilən, yaxud təxmin edilən səmtə doğru namaz qılmaq olar”.

Tacxeber.com

Oxşar xəbərlər