• 25 Noyabr 2024 07:58

Məşhur həkim paytaxtda yayılan sarılıq xəstəliyindən danışdı: “Rusiya və Gürcüstanda da…”

Məşhur həkim paytaxtda yayılan sarılıq xəstəliyindən danışdı: “Rusiya və Gürcüstanda da...”

Son zamanlar əsasən Əmircan və Bülbülə qəsəbələrində sarılıq infeksiyası yayılmağa başlayıb. Qəsəbə sakinləri idda edir ki, xəstəlik əraziyə verilən sudan yayılmağa başlayıb.

Mövzu ilə bağlı tanınmış həkim, professor Adil Qeybulla Yenisabah.az-a açıqlamasında belə deyib:

“İnfeksion sarılıq Hepatit A virusu tərəfindən törədilir. Hepatit adlanmağının səbəbi “hepatasit” yəni qaraciyər hüceyrələrində lövbər salan və burda çoxalan viruslardır. İnfeksion sarılıq adlanmasının səbəbi bu xəstəliyin yoluxucu olmasıdır. Qaraciyərdə olan bu virus qaraciyəri dağıdır və öd piqmentlər qana qarışaraq sarılıq yaradır. Bu zaman gözün sferasında, dəridə sarımtıl rəng hiss olunur, xəstəlik adını burdan alır”.

Həkim həmçinin sarılığın Rusya və Gürcüstanda da müşahidə olunduğunu bildirib:

“Xəstəlik fekal oral yolla alınır, xəstə insanın ekspemetləri ilə xaric olunur. Həmin eksperimebtlər kanalizasiya və ya içməli suya keçdikdə başqalarına yoluxa bilər. Xəstəliyin yayılma mənbəsi olaraq su hövzəsi göstərilir amma sarılıq hal-hazırda Rusiya və Gürcüstanda da müşahidə edilir. Xəstəliyin vaksini var, yaxşı olar ki, insanlar vaksinasiya olunsun. Milli peyvənd təqviminə daxil olmasa da geniş epidemoloji vəziyyət olarsa, Ümumdünya Səhiyyə Təşkilatı bu xəstəliyi də təqvimə əlavə edə bilər. Hesab edirəm ki, xəstəlik vaxtında lokallaşdırılacaq və epidemiya halını almayacaq”.

Tacxeber.com

Oxşar xəbərlər