Röyanın da səhifəsinə hücum oldu Maqazin 24 Yanvar 2024 13:19 91 Xalq artisti Röya Ayxanın da ınstagram səhifəsini ələ keçirtmək istəyiblər. Tacxeber.com axar.az-a istinadla xəbər verir ki, bu barədə ifaçı MTV maqazinin suallarını cavablayarkən danışıb. R. Ayxan bildirib ki, ona da aparıcı Ranar Musayevdən link yollanılıb. Amma ifaçı linkə daxil olmayıb: “Hər birimizin instagram səhifəsi qorunur. Sənə gələn linkə daxil olmamalısan. Mesajlara baxmıram, o ki qala, linkə daxil olam”. Xalq artisti martın 22-də Moskvadakı “Vegas city hall “da verəcəyi konsert barədə də məlumat verib: “Böyük komanda və yüksək əhval-ruhiyyə ilə Moskvaya gəlirik, çox gözəl konsert proqramı ilə çıxış edəcəyik”. Tacxeber.com