• 25 Noyabr 2024 01:21

“KXDR Cənubi Koreyaya hücum edə bilər” – “The New York Times”

“Bu, yaxın aylarda baş verə bilər, çünki KXDR-in mövqeyi getdikcə daha təxribatçı xarakter daşımağa başlayır…”

“KXDR Ukraynadan nüvə silahı daşıya bilən raketləri üçün sınaq poliqonu kimi istifadə edir…”

Şimali Koreya lideri Kim Çen In yaxın aylarda Cəbuni Koreyaya qarşı hansısa “ölümcül aksiya” törədə bilər.

Tacxeber.com xəbər verir ki, bu barədə “The New York Times” nəşri yazıb.

Məlumatda deyilir ki, amerikalı məmurlar iki ölkə arasında ehtimal edilən münaqişədən narahatdır.

Nəşrin yazdığına görə, Kim Çen Inın daha sərt ritorikası təxribatlar seriyasının bir hissəsidir və bunu ciddi qəbul etmək gərəkdir.

ABŞ-ın Koreya yarımadasında birbaşa tammiqyaslı müharibə riskini görməməsinə rəğmən, diktator Kim Çen In 2010-cu ildə olduğu kimi Cənubi Koreyanın mövqelərinə artilleriyadan zərbələr endirə bilər.

Həmin insident nəticəsində hər iki tərəfdən hərbçilər, habelə mülki şəxslər həlak olub. Sonradan hər iki tərəf tez bir zamanda atəşi dayandırıb.

Nəşr qeyd edir ki, Kimin daha aqressiv mövqeyi qanadlı raketlərin bir sıra buraxılışından, yeni silah sınağından, həmçinin Cənubi Koerya ilə dinc birləşmə ideyasından imtina edildikdən sonra aydın olub. Bundan başqa, diktatoru “ilhama gətirən” Rusiya ilə əməkdaşlığın dərinləşməsidir.

Eyni zamanda amerikalı məmurlar hələlik KXDR-in o cümlədən Rusiyaya artilleriya döyüş sursatları və ballistik raketlər verilməsi səbəbindən böyük savaşa hazırlaşmasının əlamətlərini görmür.

Böyük hərbi əməliyyatı planlaşdıran lider raket və artilleriya mərmilərinin ehtiyatını yaradar, yüksək vəzifəli amerikalı məmurlarından biri əlavə edib.

Rusiya Federasiyası ilə KXDR arasında əməkdaşlıq-detallar

Ukrayna Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib ki, Şimali Koreya Ruiyaya çoxlu sayda döyüş sursatları verir. Ən fəal tədarük sentyabr, oktyabr və noyabr aylarında həyata keçirilib.

Cənubi Koreyanın BMT-dəki nümayəndəsi Xvan Cun Kuk bəyan edib ki, KXDR Ukraynadan bu silahı Rusiyaya satmaqla nüvə yükü daşıya bilən raketləri üçün sınaq poliqonu kimi istifadə edir.

Tacxeber.com

Oxşar xəbərlər