Mərhum Xalq artisti Rafael Dadaşovun qızı Səidə Dadaşova Əməkdar artist Elza Seyidcahanın atası ilə bağlı açıqlamalarına münasibət bildirib.
Bununla bağlı o, “Elgizlə izlə” proqramında qonaq olarkən danışıb. Səidə bildirib ki, Elzanın atası ilə bağlı verilişin onun evində çəkilməsi iddiası yalandır:
“Atam proqrama çəkilmək istəməyəndə yox deyirdi. O ki qaldı onun ömrünün son zamanlarından evində də, qardaşımın evində də çəkilişlər olurdu. Qardaşımın evinə nə gəlmişdi ki?”.
Dadaşova həm də Seyidcahanın atasının dəfninə tacla gəlməsindən danışıb: “Elza xanımının, musiqilərini, əsərlərini də sevirəm, bu gün ölümlü-itimli dünyadır. O da taclara layiq insandır. Onu son mənzilə yola salanda mən də gözəl bir tacla gedəcəm. Ola bilər ki, o, məni yola salsın. O demək deyil ki, atamın adı onun tacı ilə səslənir. Bu, ayıbdır. Mənim atam ürəklərdə yaşayır. Yazılsa, nə fayda, yazılmasa nə fayda”.
Xatırladaq ki, E. Seyidcahan bir müddət əvvəl bildirmişdi ki, R. Dadaşov sağlığında ondan evində veriliş çəkilişinin edilməsini xahiş edib.